“Başak-İnam” nizamnamə kapitalını artırır

“Başak-İnam” nizamnamə kapitalını artırır
# 19 noyabr 2016 07:20 (UTC +04:00)

“Başak-İnam” sığorta şirkəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncaq dekabrın 22-də baş tutacaq.

Şirkətin baş ofisində keçiriləcək ümumi yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ilin 9 aylıq fəaliyyətinin yekunları, nizamnamə kapitalının artırılması, Cəmiyyətin adının dəyişdirilməsi haqqında məsələlər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR