Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 128 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 278 263 nəfər test edilib, onların 27 356-nın koronavirus testi pozitiv nəticə verib, 16 363 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 80 311 362 nəfərə peyvənd tətbiq edilib.