Sabah Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşək

Sabah Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşək
# 20 dekabr 2016 08:52 (UTC +04:00)

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq 4 qarşılaşma ilə Azərbaycan klubları qış fasiləsinə yollanacaq.

2016-cı ilin son oyunlarına Gəncədə start veriləcək. “Kəpəz” öz meydanında “İnter”i qəbul edəcək. Səfərdə 2 cavabsız qol buraxam qərblilər çətin vəzifənin öhdəsindən gəlib, yenilginin qisasını almağa çalışacaq. Kubok qazandığı 1999/2000 mövsümündən sonra yarımfinala həsrət qalan “Kəpəz” 17 illik fasilədən sonra bu uğura imza atmaq əzmindədi. Mövsümü titulla başa vurmağa iddialı olan bakılılar isə kuboka doğru daha bir addım atmaq üçün üstünlüyünü qorumalıdı.

Günün ikinci qarşılaşması isə daha çox formal xarakter daşıyır. İlk matçda “Sumqayıt”ın qapısından 6 cavabsız top keçirən “Qarabağ”ın “Gənclik şəhəri”nə asan gəzintiyə yollanacağını da söyləmək olar. Meydan sahibləri isə ən yaxşı halda azarkeşlərini qələbə ilə sevindirməyi arzulaya bilər. Ağdam klubu isə daha çox növbəti mərhələdəki rəqibinin kimliyini gözləyəcək.

İntriqanın daha çox olduğu qarşılaşma “AZAL Arena”da keçiriləcək. İlk oyunun hesabına görə AZAL “Qəbələ” ilə dueldə şanssız deyil. Paytaxt təmsilçisinə yarımfinala vəsiqə üçün 1 qol da kifayətdi. Çünki səfərdə vurulan qol “təyyarəçilər”in lehinə işləyə bilər. Amma Qəbələdəki oyunun axarı, həmçinin komandalar arasında ciddi səviyyə fərqi qonaqları səfər matçının da favoritinə çevirir.

İlin son qarşılaşması da Bakıda keçiriləcək. 1/4 finalın yeganə paytaxt derbisini də formal hesab etmək olar. Rəqib meydanında 3 cavabsız qol vuran “ağ-qaralar”ın bu üstünlüyü əldən verməsi inandırıcı deyil. Düzdü, “Neftçi” tarixinin ən ağır genlərini yaşayır. Lakin o qədər də inamlı görünməyən zirəlilərin bu durumda 3 topun əvəzini çıxmaq iqtidarında olması da şübhə doğurur.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

21 dekabr (çərşənbə)

13:00. “Kəpəz” – “İnter”
Gəncə şəhər stadionu
İlk oyun – 0:2


15:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu

İlk oyun – 0:6

16:00. AZAL – “Qəbələ”
“AZAL Arena”

İlk oyun – 1:2

17:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu

İlk oyun – 3:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR