BFB-nin dövriyyəsi 1,5 dəfə azalıb

BFB-nin dövriyyəsi 1,5 dəfə azalıb
# 09 yanvar 2017 09:28 (UTC +04:00)

2016-cı ilin yanvar-dekabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 5 mlrd. 698 mln. 339 min 992,89 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 40,21 dəfə artaraq 836 mln. 158 min 061,99 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 57,78% azalaraq 117,972 mln. manata, borc alətləri bazarı 6,09 dəfə azalaraq 301 mln. 478 min 233,31 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 12 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 1 mlrd. 753 mln. 709 min 672 manat və ya 28,31% azalaraq 4 mlrd. 440 mln. 667 min 094 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR