“Trubadur” operasında Serbiya və Rusiyanın opera ulduzları da çıxış edəcəklər

“Trubadur” operasında Serbiya və Rusiyanın opera ulduzları da çıxış edəcəklər
# 07 mart 2019 13:54 (UTC +04:00)

Martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək.

ONA xəbər verir ki, tamaşada əsas partiyalardan biri olan "Qraf di Luna" partiyasını ifa etmək üçün Moskvanın "Qelikon-opera" Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynos dəvət olunub.

"Leonora" partiyasında isə Serbiya milli operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş çıxış edəcək.

Tamaşada digər rolları azərbaycanlı vokal ustaları, əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Nina Makarova (Azuçena) və Tələt Hüseynov (Qoca qaraçı) canlandıracaqlar.

Opera tamaşasını Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR