Almaniyanın “Deutsche Bank”ı Rusiya və ABŞ-da yol verdiyi pozuntulara görə 4 mlrd dollar cərimələnə bilər

Almaniyanın “Deutsche Bank”ı Rusiya və ABŞ-da yol verdiyi pozuntulara görə 4 mlrd dollar cərimələnə bilər
# 14 avqust 2015 00:45 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Der Spiegel məlumat yayıb.

Məlumata görə, bank eyni zamanda bir neçə ölkə tərəfindən cərimələnə bilər. Böyük Britaniyada cərimənin məbləği yüz milyonlarla avro təşkil edə bilər.

Qeyd edək ki, “Deutsche Bank”ın ödənilməyən borcların ümumi məbləği iyunun 30-u tarixinə 3,2 mlrd avro təşkil edib.

Bundan əvvəl Britaniyanın maliyyə nəzarəti qurumu (Financial Conduct Authority, FCA) “vəsaitləri yuyulması” ilə mübarizə sahəsində qanunvericiliyin pozulması faktı üzrə “Deutsche Bank”a qarşı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR