DGK sədri: “Qlobal ticarətin bütün sahələri üzrə təhlükəsizliyin təmin olunması üçün diqqət göstərilməlidir”

DGK sədri: “Qlobal ticarətin bütün sahələri üzrə təhlükəsizliyin təmin olunması üçün diqqət göstərilməlidir”
# 02 may 2018 12:09 (UTC +04:00)

Ticarət mühitinin aparılması, qlobal ticarət zəncirinin həyata keçirilməsi üçün əsasən xarici iqtisadi fəaliyyət iştirakçılarının proqnozlaşdırıla biləcək mühiti öyrənməsi qaçılmazdır.

APA-Economics” xəbər verir ki, bunu Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransının panel iclasında çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, ticarətçi, idxal-ixrac əməliyyatları ilə məşğul olan hər bir sahibkar ticarət edə biləcəyi ölkədə qanunvericiliyin öyrənilməsi, bu sahədə olan logistik xidmətlərin varlığı və aparılan islahatlarla tanış olmalıdır: “Onun bütün bunlarla yanaşı ticarət edəcəyi ölkədə onu gözləyə biləcək riskləri və təhlükələri qabaqcadan proqnozlaşdırması qaçılmazdır: “Hesab edirəm ki, qlobal ticarətin aparılması və risklərin idarə edilməsi ilə bağlı yeniliklərin çox olması və xarici ticarət fəaliyyəti iştirakçılarına və qlobal ticarətlə məşğul olan şəxslərə çatdırılmaması və bunların öncədən proqnozlaşdırılmaması ticarət qarşısında ən böyük əngəllərdən biridir. Hesab edirəm ki, burada açıq hökumət, açıq gömrük-biznes əməkdaşlığına çox mühüm istiqamət verə biləcək sahələri müəyyənləşdirib və bu sahədə əməkdaşlığın yüksək səviyyədə aparılmasına və gömrük-biznes əməkdaşlığının bütün kriteriyalarını sahibkarlara, ticarətlə məşğul olan insanlara açıq şəkildə çatdırılmasından ibarətdir”.

S. Mehdiyev qeyd edib ki, qlobal ticarət zəncirinin bütün sahələri üzrə təhlükəsizliyin təmin olunması üçün diqqət göstərilməlidir: “Qlobal ticarət zəncirinin şaxələnməsində o qədər qurum və təşkilatlar təmsil olunur ki, sadəcə gömrük xidmətlərinin apardığı islahatlar, həyata keçirdikləri şəffaflıq siyasəti yetərli deyil. Burada logistik xidmət yüksək səviyyədə olmalıdır. SİO-ların fəaliyyəti daha geniş istiqamətdə, dövlət-gömrük, gömrük-biznes münasibətlərinin qurulması önəmlidir. Bundan başqa, sığorta sektorunda alqı-satqı müqavilələrinin bağlanmasında, eləcə də ticarət zəncirinin bütün elementlərində və qurumlarında qarşılıqlı koordinasiyanın qurulması və münbit şəraitin formalaşdırılması üçün əlaqələrin tam şəkildə koordinasiya olunması qaçılmazdır,” – deyə S. Mehdiyev bildirib.

Komitə sədri deyib ki, bu kriteriyalar altında siyasi qərarın verilməsi və siyasi qərardan irəli gələn proqnozlaşdırmanın düzgün aparılması və nəticə etibarı ilə ticarət zəncirinin bütün sahələrində bütün elementləri üzrə risklərin və təhlükəsizliyin təmin olunduğu bir ölkədə ticarətin inkişafından, ticarətin gələcəyindən müsbət ümidlərlə danışmaq olar: “Hansı ölkələrdə və regionlarda ki bu istiqamətdə işlər aparılmırsa, orada gömrük xidmətində aparılan islahatlar nə qədər uğurlu olursa olsun, bu bir vəhdət təşkil edir və bu vəhdətdə də gömrük və gömrük əməkdaşlarının digər dövlət-gömrük, gömrük-biznes, gömrük-özəl qurumları ilə yüksək səviyyədə olan münasibətlərinin təşkili, risklərin aradan qaldırılması istiqamətində aparılan islahatların koordinasiya şəklində idarə olunması və bu işdə də Ümumdünya Gömrük Təşkilatının dəstəklədiyi çərçivə sazişlərinə uyğun olaraq SİO-ların inkişafı, ”yaşıl dəhliz, tranzit, logistika xidmətlərinin inkişafından çox asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR