Qusar sakini dəm qazından zəhərlənib

Qusar sakini dəm qazından zəhərlənib
# 01 mart 2017 15:00 (UTC +04:00)

Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhər sakini 1978-ci il təvəllüdlü Pirəliyeva Samirə Nadim qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. S.Pirəliyevanı qayınanası huşsuz vəziyyətdə aşkar edərək Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR