“Bakcell” baza stansiyaların sayına görə Azərbaycanda lider mövqeyə sahib olur

 “Bakcell” baza stansiyaların sayına görə Azərbaycanda lider mövqeyə sahib olur
# 13 avqust 2015 09:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti abunəçilərinə göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə və şəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hazırda “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunan ərazilər istisna olmaqla) əhatə edir. 2000-ə yaxın 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunan ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.

Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə rəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5 299-a çatdıran şirkət cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir.

Hazırda “Bakcell” 2947 2G, 1979 3G və 373 4G baza stansiyası vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstərir. Bazarda aparıcı mobil internet provayderi mövqeyinə sahib olan şirkət yaxın zamanda 3G və 4G baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli mobil internet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 4G baza stansiyasını quraşdırmağı qarşısına hədəf qoyub. Baza stansiyalarının sayının və tutumumun artımı respublikanın paytaxtda və bölgələrində, eləcə də ucqar ərazi hesab olunan kənd və rayonlarda daha keyfiyyətli və kəsintisiz mobil rabitə və internet xidmətini təmin edəcək.

"Bakcell” şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir.

“”Bakcell” şirkəti bu gün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil İnternet bazarında ən böyük paya malik olan şirkətik. Rəqiblərimiz mobil İnternetin həm keyfiyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hal-hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR