İsmayılı rayonunun Lahıc qəsəbəsində məktəb tikintisinə 3,5 milyon manat ayrılıb

İsmayılı rayonunun Lahıc qəsəbəsində məktəb tikintisinə 3,5 milyon manat ayrılıb
# 05 oktyabr 2017 16:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR