Goranboyda restoran yanıb

Goranboyda restoran yanıb
# 12 may 2015 06:39 (UTC +04:00)

Bakı - APA. Goranboy rayonunun Dəliməmmədli şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR