Aİ səfiri: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda böyük irəliləyiş əldə olunub"

Aİ səfiri: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda böyük irəliləyiş əldə olunub"
# 01 mart 2019 10:47 (UTC +04:00)

"Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığının 20 ildən çox yaşı var. Bu müddətdə Avropa İttifaqı Azərbaycanda çox iş görüb".

ONA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsinin təqdimatı zamanı deyib.

Diplomat bildirib ki, Azərbaycanla yeni saziş üzrə danışıqlarda böyük irəliləyiş əldə edilib. O əlavə edib ki, tərəflərin əməkdaşlıqdan başqa seçimi yoxdur.

Uzun illərdir Azərbaycanda iqtisadi diversifikasiya siyasətinin aparıldığını vurğulayan K. Yankauskas qeyd edib ki, Aİ Azərbaycanda təhsilin bütün pillələri üzrə layihələr həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR