İrəvanda 23 yaşlı qızı girov götürən şəxs snayper tərəfindən güllələnib

İrəvanda 23 yaşlı qızı girov götürən şəxs snayper tərəfindən güllələnib
# 29 avqust 2017 15:39 (UTC +04:00)

İrəvanda bilyard salonunda 23 yaşlı qız girov götürülüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Polisin tələbinə cavab verməyən şəxs girovu öldürəcəyi ilə hədələyib. Bundan sonra o, polisin snayper tüfəngindən açdığı atəşlə zərərsizləşdirilib.

Ağır yaralanan şəxs xəstəxanada ölüb.

Girov götürülmüş qız da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi bilyard salonu bağlanıb, polis araşdırma aparır.

İnsidentin motivi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR