Hacıqabul sakinlərindən narkotik vasitələr götürülüb

Hacıqabul sakinlərindən narkotik vasitələr götürülüb
# 06 sentyabr 2017 18:32 (UTC +04:00)

Hacıqabul polisi iki nəfərdən narkotik vasitələr götürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin keçirdikləri narkotiklərlə mübarizə tədbirləri çərçivəsində narkotik vasitələri istehlak miqdarından artıq saxlayan rayon sakinləri saxlanılıb.

Baxış zamanı Hacıqabul rayon sakinləri, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Mürvətov İlkin Bilal oğlunun üzərindən 10,755 qram tiryək, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Adil oğlunun üzərindən isə 195 qram qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR