Sumqayıtda yaşayış binasında yanğın olub, ölən var

Sumqayıtda yaşayış binasında  yanğın olub, ölən var
# 24 noyabr 2016 06:55 (UTC +04:00)

Sumqayıtda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. Yanğın kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunub.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR