Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin sayı açıqlanıb

Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin sayı açıqlanıb
# 05 mart 2018 12:09 (UTC +04:00)

Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, son iki ayda həmin şəxslərə 284 ədəd əlil arabası, 244 ədəd yuxarı və aşağı ətraf ortezi, 27 cüt protez ayaqqabı, 617 cüt ortopedik ayaqqabı, bel və boyun nahiyəsi üçün 74 ədəd korset, 202 ədəd dördayaqlı dayaq vasitəsi, 173 ədəd yuxarı və aşağı ətraf, habelə döş protezi, 244 cüt dirsəkaltı ağac, 143 cüt qoltuqaltı ağac, 412 ədəd əsa, 1124 ədəd müxtəlif reabilitasiya vasitələri və s. verilib.

Yanvar-fevral aylarında 118 nəfərə stasionar şəraitdə bərpa xidmətləri (protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası və s.) göstərilib.

Qeyd olunan müddətdə protez-ortopedik xidmətlərlə təmin olunanların sayı 1 925 nəfər (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 243 nəfər) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR