Bakıda 4 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Bakıda 4 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb
# 28 iyul 2015 09:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 4 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də Səbail rayonu ərazisində Şəki şəhər sakini Zöhrab İsayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Əli Həsənzadəni vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və iyulun 27-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR