Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub
# 19 yanvar 2017 12:28 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanda aparılan davamlı iqtisadi islahatlar və Strateji Yol Xəritəsi müzakirə olunub.

V. Qasımlı həmçinin prezidentin sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən www.azexport.az portal haqqında diplomata məlumat verib. Əlavə edib ki, portalının funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Portal həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edir.

M. Kindsqrab Strateji Yol Xəritəsinin qəbul edilməsi ilə bağlı öz təbrikini və məmnunluğunu ifadə edib. Onun fikrincə Azərbaycanın bir neçə il üçün əsas strateji sənədi sayılacaq yol xəritəsi ölkədə iqtisadiyyatın inkişafına əlavə stimul verəcək.

Müzakirələr zamanı Azərbaycanda aparılan islahatlar, iqtisadiyyatın mövcud durumu və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Almaniya iqtisadi əlaqələri də diqqət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR