Son 7 ildə Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 16 138 müraciət daxil olub

Son 7 ildə Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 16 138 müraciət daxil olub
# 06 fevral 2020 16:52 (UTC +04:00)

2012-2019- cu illər ərzində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə 16 138 müraciət daxil olub, bu mərkəzlərin xidmətlərindən 134 941 nəfər bəhrələnib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, erkən nikahların qarşısının alınması məqsədi ilə Dövlət Proqramlarından irəli gələn öhdəliklərlə yanaşı, geniş kütlənin maarifləndirilməsini hədəfləyən 2013-cü ildən başlayaraq mütəmadi olaraq ”Ailəyə məktub” aksiyası keçirilir. Uşaqların hüquqlarını və erkən nikaha cəlb edildiyi zaman valideynləri gözləyən cəzaları əks etdirən məktub birbaşa ailələrə ünvanlanıb. Bu aksiya çərçivəsində son 3 ildə 100 000-dən artıq nüsxə paylanıb.

Komitə 2015-ci ildən başlayaraq ASAN xidmət və Uşaq və Ailələrə Dəstək Mərkəzləri ilə birgə UADM-lərin fəaliyyətindən bəhrələnən risk qruplu ailələrdən olan uşaqlarla “ASAN məktub” layihəsini həyata keçirib. Azərbaycanın bir çox rayonlarında keçirilən layihədə ümumilikdə 458 nəfərin iştirakı ilə ASAN məktub yazılıb və 335 uşağa hədiyyə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR