Avropa istehsalı olan 100 yaşlı tüfəng Milli Azərbaycan Tarixi Muzeyinə verilib

Avropa istehsalı olan 100 yaşlı tüfəng Milli Azərbaycan Tarixi Muzeyinə verilib
# 28 noyabr 2016 10:33 (UTC +04:00)

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.

Muzeydən APA-ya verilən məlumata görə, tüfəngin lüləsi səkkiztilli dəmirdir, üzərində nəbati naxışları var.

Lülənin üzərində “1919” il tarixi qeyd olunub. Tüfəngin bərpaya ehtiyacı olduğundan bərpa işi muzeyin bərpa laboratoriyasının bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.

Tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR