Tovuzda ana və körpəsi zəhərlənib

Tovuzda ana və körpəsi zəhərlənib
# 15 iyul 2017 21:42 (UTC +04:00)

Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun 2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsini əmizdirdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR