Bu il əhali kreditlər üzrə faizlərin ödənilməsinə 527 mln. manat yönəldib

Bu il əhali kreditlər üzrə faizlərin ödənilməsinə 527 mln. manat yönəldib
# 15 avqust 2017 10:06 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics"ə verilən xəbər görə, bu dövr ərzində gəlirlərin 85,9%-i son istehlak xərclərinə, 8,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i (527 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25373,5 mln. manatlıq vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR