Moskvada bank əməkdaşlarını girov götürən erməniyə hökm oxunub

Moskvada bank əməkdaşlarını girov götürən erməniyə hökm oxunub
# 07 sentyabr 2017 09:51 (UTC +04:00)

Moskvada bank əməkdaşlarını girov götürən Aram Petrosyana hökm oxunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi üzrə təqsirli bilinən A.Petrosyan 12 il müddətinə azadlıqdan məhrum edilib.

O cəzasını ciddi rejimli kolonda çəkəcək.

Qeyd edək ki, A. Petrosyan 2016-cı ilin avqustunda Moskvada “Sitibank”ın binasına daxil olaraq 4 nəfəri girov götürüb. Sonra girovları azad edən erməni əsilli iş adamı hüquq-mühafizə orqanlarına təslim olub. Onun üzərindəki paketin partlayıcı qurğu olmadığı müəyyən edilib. A. Petrosyanın sözlərinə görə, o bu addımı addımı diqqəti müflis olan sahibkarların problemlərinə yönəltmək istəyib.

A. Petrosyan insanları girov götürməkdə və terrorçuluqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR