Boris Nemtsova iki tapançadan atəş açılıb

Boris Nemtsova iki tapançadan atəş açılıb
# 08 avqust 2015 07:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” cinayət işi ilə bağlı keçirilən kompleks ekspertizaya istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Nemtsov üç güllə yarasını səsboğucu olan tapançadan, digər yaraları isə səssiz atəş üçün qurğu ilə təchiz olunmayan silahdan açılan atəş nəticəsində alıb. Ekspertlər həmçinin iddia ediblər ki, Nemtsovun aldığı yaraların fərqli olması müxtəlif patronlarla əlaqədar ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR