Qətldə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Qətldə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
# 26 sentyabr 2017 18:27 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Zakir Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Qail Məmmədovun sədrlik etdiyi ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.

Hadisə bu ilin fevralın 5-də baş verib. Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Məlum olub ki, F.Hüseynov həmin ünvanda tanışı Z.Məmmədovla mübahisə edib. Mübahisə zamanı Z.Məmmədov F.Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Məmmədov tutulub.

İstintaq araşdırması zamanı Z.Məmmədovun vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən olunub. Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR