Yaxın günlərdə Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 08 fevral 2017 12:22 (UTC +04:00)

Azərbaycan-Moldova hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək.

APA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leoke deyib.

O bildirib ki, sayca dördüncü olan iclas yaxın günlərdə baş tutacaq.

İclasda iştirak etmək üçün Moldova baş nazirinin müavini Oktavian Kalmık Azərbaycana gələcək.

Səfir bildirib ki, iclasda Moldovanın bir çox nazirliklərinin nümayəndələri, biznesmenlər iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR