İspaniyada aviadispetçerlər tətilə başlayır

İspaniyada aviadispetçerlər tətilə başlayır
# 11 iyul 2015 04:28 (UTC +04:00)

Bakı-APA. İspaniyada aviadispetçerlər iyulun 11-dən tətilə başladıqlarını bəyan ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, turizm mövsümünün qızğın çağında aviadispetçerlər dörd gün ərzində işlərini dayandıracaqlar.

Tətilin ümumilikdə dörd gün davam edəcəyi nəzərdə tutulub (11-12 iyul və 25-26 iyul).

Aviadispetçerlər vəzifəsindən azad olunmuş həmkarlarının işə bərpa edilməsi və 2010-cu ildəki tətildə iştiraka görə kəsilmiş 61 cərimənin ləğv olunmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR