Türkiyə Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasını genişləndirməyə çağırıb

Türkiyə Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasını genişləndirməyə çağırıb
# 28 noyabr 2017 19:21 (UTC +04:00)

Türkiyə Milli Təhlükəsizlik Şurası hərbi-müşahidə missiyasının Suriyanın İdlib əyalətindəki təhlükəsizlik zonasından Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafına doğru genişləndirilməsinin məqsədəuyğun hesab edir. APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

“İdlibdə uğurla davam etdirilən müşahidə missiyası Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafında da sabitlik və təhlükəsizliyi təmin edə bilər. PKK-PYD terrorçularının Suriyanın demoqrafik strukturunu dəyişmək məqsədi ilə əraziləri zəbt etmək və etnik təmizləmə aparmaq cəhdləri qəbuledilməzdir. Türkiyə öz sərhədlərində bütün təhlükəsizlik tədbirlərini görəcək”, - deyə bəyanatda deyilir.

Qeyd edək ki, Afrin hazırda PKK-PYD terrorçularının nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR