“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib

“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib
# 23 may 2018 10:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.

APA-nın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, 1918-ci ilin mayında yaradılan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. A. Quliyev bildirib ki, Xalq Cümhuriyyətinin yaradılması uzun illərdən sonra dövlətçilik ənənəsinin bərpası idi: "1918-ci ildə Şimali Azərbaycan Rusiyadan vahid dövlət şəklində ayrıldı. Xalq Cümhuriyyətini quranlar fədakar insanlar idi. Əgər Xalq Cümhuriyyəti olmasaydı, biz 1991-ci ildə SSRİ parçalananda Rusiyanın subyekti olacaqdıq. Biz bu gün Tatarıstan və digərlərinin nümunəsində görürük. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutunun yeganə səbəbi Rusiya imperiyası olmadı, həm də daxili çəkişmələr oldu. Parlamentdə çoxsaylı qruplar, o cümlədən ermənilərin fəaliyyətini qeyd etmək lazımdır".

A. Quliyev 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin xüsusi rolu olduğunu və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov "Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir" mövzusunda məruzə ilə çıxış edib. Y. Mahmudov Azərbaycan parlamentinin tarixinin Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura ilə başladığını bildirib: "Çünki ilk qərarları məhz Milli Şura qəbul edib, ilk müqavilələr Milli Şura adından imzalanıb".

Tarix İnstitutunun direktoru Azərbaycan parlamentində Daşnaksutyun və erməni fraksiyalarının fəaliyyət göstərdiyini xatırladıb: "Xalq Cümhuriyyəti İranla aparılan səbrli diplomatik danışıqlar nəticəsində Cümhuriyyətin adının Azərbaycan Xalq Cümhuriyyəti olduğunu İrana qəbul etdirdi".

Konfrans müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR