Lənkəranda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 02 avqust 2017 21:10 (UTC +04:00)

Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan 4-ün kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu, Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir.

Qeyd edək ki, bu axşam Masallı rayonunda “Mercedes” markalı avtomaşının dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb.

***

22:14

Lənkəranda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR