Bank Of Baku

BTC ilə bu il nəql edilən neftin həcmi açıqlanıb

BTC ilə bu il nəql edilən neftin həcmi açıqlanıb
# 14 avqust 2021 10:35 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 115 438 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 126 950 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR