Pirsaat su anbarında suyun səviyyəsi qalxıb

Pirsaat su anbarında suyun səviyyəsi qalxıb
# 17 oktyabr 2016 16:47 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində eyni adlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.

Kəndə gedən yolun üzərindəki körpünü də su basıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, əraziyə əlavə olaraq texnika və canlı qüvvə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi də əraziyə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR