"Azərbaycan Sənaye Sığorta” şirkətinin məsul şəxsi məhkəmə zalından azadlığa buraxılıb

"Azərbaycan Sənaye Sığorta” şirkətinin məsul şəxsi məhkəmə zalından azadlığa buraxılıb
# 30 dekabr 2016 15:29 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azər Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Verdiyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakı şəhər sakini Verdiyev Azər Bakıxan oğlunu saxlayıb. Azər Verdiyev "Azərbaycan Sənaye Sığorta” Şirkətinin məsul şəxsi olub və şirkətin vəsaitini mənimsəməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR