Suriya aviasiyasının hücumu nəticəsində 3 türk əsgəri həlak olub, 10-u yaralanıb - YENİLƏNİB

Suriya aviasiyasının hücumu nəticəsində 3 türk əsgəri həlak olub, 10-u yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 09:12 (UTC +04:00)

Suriyanın Əl Bab şəhəri ətrafında həlak olan 3 türk əsgərinin İŞİD terrorçuları ilə döyüşdə deyil, Suriya aviasiyasının bombardmanı nəticəsində öldüyü məlum olub.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Açıqlamada deyilir ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb.

Baş nazir Binəli Yıldırım hadisə barədə müdafiə naziri Fikri İşıq və Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb.

***

Saat 11:21

Türkiyə Ordusunun Suriyada müxalif Azad Suriya Ordusu ilə birgə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı davam edir.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün İŞİD terrorçuları əl-Bab şəhəri ətrafında aparılan əməliyyat zamanı Türkiyə ordusunun əsgərlərinə hücum edib. Nəticədə 3 əsgər şəhid olub, 7 əsgər yaralanıb. Yaralılardan birinin durumu ağırdır.

Qeyd edək ki, 3 aydır davam edən “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun zirehli birliklərinin və xüsusi təyinatlılarının dəstəklədiyi müxalif Azad Suriya Ordusu Cerablus, Çobanbəy şəhərləri də daxil olmaqla, 1300 kv. km-dən artıq ərazini İŞİD terrorçularından təmizləyib. Hazırda İŞİD-in Suriyada ikinci əsas mərkəzi sayılan əl-Bab şəhərin azad edilməsi əməliyyatı həyata keçirilir. Şəhər şərq və qərbdən əhatəyə alınıb. Üç ayda Suriyada Türkiyə ordusu 16 əsgərini itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR