Bərdədə intihara cəhdin qarşısı alınıb

Bərdədə intihara cəhdin qarşısı alınıb
# 16 avqust 2015 16:28 (UTC +04:00)

Bakı-APA. Bərdədə intihara cəhdin qarşısı alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində bir nəfər yeddimərtəbəli binanın dam örtüyünə qalxaraq intihara cəhd edib.

Dərhal hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR