Ağdaşda 4 yaşlı oğlan qəzada ölüb, anası və dayısı ağır xəsarət alıb

Ağdaşda 4 yaşlı oğlan qəzada ölüb, anası və dayısı ağır xəsarət alıb
# 18 iyul 2017 08:19 (UTC +04:00)

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfərdən biri ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində “QazEL” markalı yük maşını ilə “VAZ - 2107” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü, Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri olan sərnişinlər, 1993-cü il təvəllüdlü Tural Şükürov, onun bacısı, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova və bacısının oğlu, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan şəxslərdən Yusif Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb, digərlərinin vəziyyəti ağırdır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR