Suriyanın Latakiya bölgəsində 50-dən çox əcnəbi silahlı məhv edilib

Suriyanın Latakiya bölgəsində 50-dən çox əcnəbi silahlı məhv edilib
# 08 avqust 2015 22:44 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, canlı qüvvədən başqa, 10-dək hərbi texnika sıradan çıxarılıb, müasir rabitə vasitələri və xeyli silah-sursat aşkarlanıb. Məhv edilənlərin əksəriyyəti əcnəbi muzdlulardır.

Məlumata görə, suriyalı hərbçilər hücuma keçən silahlıları vaxtında aşkarlayaraq təyyarələrdən və artilleriyadan zərbələr endiriblər.

Qeyd edək ki, bundan bir gün əvvəl Latakiya şəhəri ilə Türkiyə sərhədi arasında şəhərə soxulmağa can atan “Cəbhə ən Nüsrə” qruplaşmasının 37 silahlısı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR