Vətəndaşlar nikah üçün tibbi arayışı “ASAN xidmət”dən pulsuz ala biləcəklər

Vətəndaşlar nikah üçün tibbi arayışı “ASAN xidmət”dən pulsuz ala biləcəklər
# 04 avqust 2015 08:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

“ASAN xidmət”in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, arayışın əldə edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti lazımdır.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR