Bakıda qabaqcıl təhsil işçiləri mükafatlandırılıb

Bakıda qabaqcıl təhsil işçiləri mükafatlandırılıb
# 23 noyabr 2016 14:26 (UTC +04:00)

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş bir qrup təhsil işçisinin mükafatlandırılması mərasimi keçirilib. İDarədən APA-ya verilən xəbərə görə, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 14 müəllimə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllimə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Mərasimdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev müəllimləri təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanları və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təhsil işçilərinə təqdim olunub. Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib, bundan sonra da üzərilərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini nəzərə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR