Rusiyada sərnişin təyyarəsi qəza törədib, ölənlər var

Rusiyada sərnişin təyyarəsi qəza törədib, ölənlər var
# 15 noyabr 2017 06:36 (UTC +04:00)

Rusiyada L-410 nömrəli sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı təyyarədə iki ekipaj üzvü və 7 sərnişin olub.

Xabarovskdan Nelkan qəsəbəsinə yollanan təyyarə eniş edərkən qəza törədib.

Hadisə nəticəsində iki ekipaj üzvü və 6 nəfərin öldüyü deyilir. Təyyarədə olan körpə isə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR