Fevralda əhalinin banklardakı əmanətləri azalıb

Fevralda əhalinin banklardakı əmanətləri azalıb
# 05 aprel 2018 08:59 (UTC +04:00)

Bu ilin fevralın 28-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 17 mlrd. 140,3 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Bu, ilin əvvəlinə nisbətən 1,45%, illik müqayisədə isə 5,7% çoxdur.

Hesabatdan məlum olur ki, fevralda banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, yanvar ayı ilə müqayisədə fevralda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 1,33% və ya 225,7 mln. manat artıb.

Bu ilin fevral ayına əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 732,2 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 3,4% və ya 254,7 mln. manat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR