Gəncədə 47 yaşlı qadın qətlə yetirilib

Gəncədə 47 yaşlı qadın qətlə yetirilib
# 11 oktyabr 2017 21:33 (UTC +04:00)

Gəncədə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.

Həmin binada olan mənzillərin birində şəhər sakini 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb. Məlumata görə, qadının bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR