Lənkəranda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

Lənkəranda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 31 iyul 2015 11:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. İyulun 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, gənc əsgərlər hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Mərasimdə çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıb, onlar üçün yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR