Dövlət Departamenti: “AEBA Iranda təftişləri yerli mütəxəssislərə həvalə etməyəcək”

Dövlət Departamenti: “AEBA Iranda təftişləri yerli mütəxəssislərə həvalə etməyəcək”
# 20 avqust 2015 21:44 (UTC +04:00)

Bakı-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Iranın nüvə obyektlərində təftişləri yerli mütəxəssislərə həvalə etməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

“AEBA bu cür üsulla işləmir”, deyə C.Kirbi bildirib.

Bundan əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, rəsmi Tehran Parçın şəhərindəki hərbi obyektdə İran mütəxəssislərinin yoxlama aparacaqlarına dair AEBA ilə razılığa gəlib. Qeyd edək ki, əvvəllər ABŞ adıçəkilən obyektdə nüvə silahının hazırlanmasını iddia edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR