Prezident “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Prezident “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
# 23 yanvar 2018 21:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

APA-nın xəbərinə görə, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirib və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR