Ağdam sakini dərmandan zəhərlənib

Ağdam sakini dərmandan zəhərlənib
# 19 oktyabr 2016 18:43 (UTC +04:00)

Ağdam. Habil Məmmədli-APA. Ağdamda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Quliyeva İlahə Muradxan qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İ.Quliyeva evdə gəmricilərə qarşı tətbiq olunan kimyəvi dərman preparatları ilə ehtiyatsız davranması nəticəsində zəhərlənib. Vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənən gənc qadın ailəlidir, 1 uşaq anasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR