AİB-in 2030-cu ilədək strategiyası təsdiqlənib

AİB-in 2030-cu ilədək strategiyası təsdiqlənib
# 26 iyul 2018 10:33 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Asiya və Sakit okean regionun inkişaf edən ehtiyaclarına təşkilatın geniş perspektivini və strateji reaksiyasını əks etdirən uzunmüddətli 2030-cu ilədək strategiyasını təsdiqləyib.

AİB-dən "APA-Economics"ə verilən məlumata görə, AİB-in prezidenti Takexiko Nakao bildirib ki, Asiya və Sakit okean regionu, son yarım əsrdə yoxsulluğun azaldılması və iqtisadi artımda böyük irəliləyişə nail olub. "Lakin bitməmiş inkişaf gündəmləri var. 2030-cu ilədək strategiyasına əsasən, biz maliyyə, bilik və tərəfdaşlıqları bir araya gətirəcəyik, həddindən artıq yoxsulluğun aradan qaldırılması və firavan, inklüziv, möhkəm və davamlı bir regiona perspektivimizi genişləndirmək üçün səylərimizi davam etdirəcəyik ", - deyə Takexiko Nakao vurğulayıb.

Məlumatda qeyd olunub ki, AİB-in istəkləri Davamlı İnkişaf Məqsədləri, İnkişaf Gündəminin Maliyyələşdirilməsi, İqlim Dəyişikliyi üzrə Paris Sazişi və Afət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsi kimi əsas qlobal öhdəliklərlə uyğunlaşdırılır: "Asiya və Sakit okean regionun ölçüsünü nəzərə alaraq bu cür öhdəliklərə nail olmaq, regionun müvəffəqiyyətinə kritik olaraq bağlıdır".

Qeyd edək ki, 2030-cu ilədək strategiya iddialı qlobal inkişaf gündəminin xüsusi yerli şərtlərə uyğun olması lazım olduğunu tanıyır. Strategiyaya əsasən AİB ölkəyə yönəldilmiş yanaşmasını gücləndirəcək, yenilikçi texnologiyalardan istifadəni təşviq edəcək, bir sıra sektor və mövzularda dövlət və özəl sektor əməliyyatlarının birləşməsi vasitəsilə təcrübəni birləşdirən inteqrasiya olunmuş müdaxilələr təqdim edəcək.

Bundan başqa, AİB regionun ən yoxsul və ən həssas ölkələrinə dəstək verməyə davam edəcək. Kövrək və münaqişələrdən təsirlənən yerlər, kiçik inkişaf etməkdə olan ada ölkələr, aşağı gəlirli, aşağı orta gəlirli və yuxarı orta gəlirli ölkələr kimi müxtəlif ölkələr qruplarının müxtəlif ehtiyaclarını ödəmək üçün fərqli yanaşmalar tətbiq edəcək. AİB bu ölkələrdə inkişafdan geri qalmış sahələr, yoxsul rayonlar və dayanıqlı olmayan sahələrə dəstəyin göstərilməsi işini əsas prioritet kimi götürəcək: "İnfrastruktur investisiyaları, xüsusilə yaşıl, davamlı, inklüziv və möhkəm olanlar, əsas prioritetlərdən biridir. Eyni zamanda, AİB təhsil, səhiyyə və sosial müdafiə kimi sosial sahələrdə əməliyyatları genişləndirəcək".

AİB-in dəstəyi yeddi əməliyyat prioritetinə yönəldiləcək: qalan yoxsulluğun aradan qaldırılması və bərabərsizliyin azaldılması, gender bərabərliyində irəliləyişlərin sürətləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə, iqlim və fəlakətə qarşı davamlılıq yaratmaq və ekoloji davamlılığı artırmaq, şəhərləri daha dinamik hala gətirmək, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, idarəetmə və institusional bacarıqların gücləndirilməsi və regional əməkdaşlıq və inteqrasiyanın təşviqi.

AİB-in həyata keçirdiyi əməliyyatların ən azı 75%-i (dövlət zəmanəti olan və olamayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) 2030-cu ilədək gender bərabərliyini təşviq edəcək. 2030-cu ilə kimi AİB həyata keçirilən əməliyyatların 75%-ni (dövlət zəmanəti olan və olamayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) iqlim dəyişikliyinin təsirinin azaldılmasına və adaptasiyasına istiqamətləndirəcək. 2019-cu ildən 2030-cu ilə kimi olan dövrdə AİB-in öz resurslarından iqlim maliyyələşməsi 80 milyard dollara çatacaq. 2019-cu ilin ortalarında hazırlanacaq yeni bir korporativ nəticələr bazası AİB-nin digər əməliyyat prioritetləri üçün daha çox hədəflərdən ibarət olacaq.

2030-cu ilədək strategiya çərçivəsində yeddi əməliyyat prioritetini dəstəkləmək üçün AİB 2024-cü ilədək əməliyyatların üçdə birinə çatmaq üçün özəl sektor əməliyyatlarını genişləndirəcək və şaxələndirəcək.

"Özəl sektor üzrə əməliyyatlarımızı kövrək və münaqişələrdən təsirlənən yerlər, inkişaf etməkdə olan kiçik ada ölkələr kimi yeni və sərhəd bölgələri bazarlarında genişləndirəcəyik. Biz hətta daha çox dövlət-özəl tərəfdaşlığı dəstəkləyəcəyik ",- deyə T.Nakao bildirib.

Strategiyada qeyd edilib ki, AİB-in özəl sektor əməliyyatları ekoloji, sosial və idarəetmə standartlarını yaxşılaşdırmağa yardım edəcək, bazarda mövcud olmayan maliyyələşdirməni məqbul şərtlərlə təmin edəcək, layihənin dizaynı və inkişafı nəticələrini yaxşılaşdıracaq və riskləri azaldacaq: "Yenilikçi infrastruktura əlavə olaraq, onlar aqrobiznesə dəstək artırır və özəl müəssisələr vasitəsilə sağlamlıq və təhsil kimi sosial sektorlara dəstək verəcək".

AİB etibarlı maliyyəçi və maliyyə katalizatoru olmağa davam edəcək.

"Müvəffəqiyyətimizin əsas ölçüsü öz maliyyələşməyimizin üzərinə səfərbər olan əlavə resursların həcmi və keyfiyyəti olacaq” ,- deyə T.Nakao bildirib.

AİB 2030-cu ilədək uzunmüddətli birgə maliyyələşdirmənin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir, özəl sektorun fəaliyyətinə maliyyələşdirmədə hər 1 dolları uzunmüddətli birgə maliyyələşdirmə ilə 2,50 dollar təşkil edir.

Təşkilat inkişaf etməkdə olan üzv ölkələri ilə ən müvafiq məlumat məhsulları və xidmətləri istehsal etmək üçün yaxından əməkdaşlıq edəcək. Proaktiv araşdırma aparacaq, yüksək keyfiyyətli siyasətlə bağlı məsləhətlər verəcək, ölkələrin institusional potensialını gücləndirəcək və bilik sahəsində əməkdaşlığı genişləndirəcək.

Daha güclü, daha yaxşı və daha sürətli olmağa çalışan AİB, mövcud texnologiyadan istifadə edərək biznes proseslərinin dramatik bir şəkildə modernləşdirilməsini davam etdirəcək.

2030-cu ilədək strategiyasını hazırlayarkən hökumətlər, AİB rəhbərləri, aparıcı inkişaf mütəxəssisləri və qeyri-hökumət təşkilatları da daxil olmaqla AİB-in üzvlüyündə geniş və təmsil olunan maraqlı tərəflər qrupu ilə geniş məsləhətləşmələr aparılıb.

1966-cı ildə yaradılmış AİB-in 67 üzvü var və onların 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in əməliyyatları 32,2 milyard dollar, o cümlədən birgə maliyyələşmə üzrə 11,9 milyard dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR