Şabranda avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - VİDEO

Şabranda avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 23 iyul 2015 20:44 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran – Ərəblər yolunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri ata və oğul, Eynulla Ağadadaşov və 1992-ci il təvəllüdlü İnşallah Ağadadaşov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İ.Ağadadaşovun vəziyyəti orta ağır olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR