Binəqədi rayon İH başçısının sabiq müavini məhkəmədə ifadə verib - YENİLƏNİB

Binəqədi rayon İH başçısının sabiq müavini məhkəmədə ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 24 oktyabr 2016 14:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov ifadəsində deyib ki, o vəzifəyə təyin olunanda binanın üzlənmə işlərinə artıq başlanıbmış və üzlənmə işləri barədə hansısa sənədə imza atmasını xatırlamır.

Q. Novruzov qeyd edib ki, üzlənmədə istifadə oluna materialın yanğına davamlılığını yoxlamaq səlahiyyəti olmayıb: "Bununla bağlı müvafiq qurumlardan müsbət rəy gəlmişdi. Onlar materialı yoxlayıb bizə məlumat vermişdilər".

O, özünü təqsirli bilmədiyini deyib.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Akif Əlibəyov ifadə verib. O, ifadəsində üzləmə işlərində istifadə olunan materialla bağlı rəy verdiyini, həmin rəyin düzgünlüyünü təsdiq etdiyini deyib. Bildirib ki, həmin material zərərli deyil və uşaq oyuncaqlarının çoxunda istifadə edilir.

Prosesdə təqsirləndirilən Uğur Bəşirov da ifadə verib. O da ittihamla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.

Proses oktyabrın 25-də davam edəcək.

14:52

***

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Ələkbər Əsgərov ifadə verib. O, nədə təqsirləndirildiyini bilmədiyini deyib, hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu vurğulayıb.

2010-cu ildən rəsmi müqavilə ilə "Global Stor" MMC-nin baş direktoru olan Ə. Əsgərov şirkətin yalnız sifarişləri həyata keçirdiyini xatırladıb. O, "polueturan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, yanğın baş verən ünvana getsələr də, tıxaca düşüblər: “Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Çatanda gördük ki, MTN əməkdaşları içəridədir. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokuroluq əməkdaşalrı gəldi. Mən onlarla birlikdə getdim”.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR