Şuşa Dövlət Musiqili Dram Teatrı “Dələduz” tamaşasının premyerasını keçirəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı “Dələduz” tamaşasının premyerasını keçirəcək
# 21 noyabr 2016 08:06 (UTC +04:00)

Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Dələduz” tamaşasının premyerası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Nəcəf bəy Vəzirovun “Dələduz” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov (Mirzə Dadaş), Mətanət Eres (Gülcahan), Etibar Cəfərov (Məcid), Rasəf Mehdiyev (Qurbanəli), Nazir Rüstəmov (Divanbəyi), Vüqar Ağayev (Fərraş Məmmədəli), Sevic Ağayeva (Pəricahan), Vüsalə Məmmədzadə (Nurcahan), Xatirə İsgəndərova (Ana), Məhbubə Fətəliyeva (Tükəzban) iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR